Xəbərlər

İslandiyada Xocalı soyqırımının qurbanları anılıb
25 fevral, 2013 22:25

 

İslandiyanın Akureyri şəhərində və ətraf rayonlarda yaşayan həmyerlilərimiz, eləcə də digər millətlərin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir Xocalı şəhidlərinin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirin təşkilatçısı "Azəri" cəmiyyətinin sədri Zakir Con Həsənov iştirakçılara o dəhşətli gecədə - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının yaşadığı acılar haqqında məlumat verib. O bildirib ki, erməni silahlı birləşmələrinin törətdiyi vəhşiliklər, bir gecədə bütün şəhəri yer üzündən silməsi, 600-dən çox insanı qəddarlıqla qətlə yetirməsi azərbaycanlıların yaddaşından heç vaxt silinməyəcək.

Sonra tədbir iştirakçılarına soyqırımın dəhşətlərini əyani şəkildə göstərmək üçün videoçarx nümayiş etdirilib.

Xocalını anım mərasiminə islandlarla yanaşı, bu ölkədə yaşayan polyak, fin, tailand, rus, belarus, portuqal, latış xalqlarının nümayəndələri də qatılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.