Xəbərlər

Dövlət Sərhəd Xidmətinin gənc əsgərlərinin təntənəli andiçmə mərasimi keçirilib
25 fevral, 2013 22:18

 

Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən Göytəpə sərhəd məntəqəsində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilib.

Cənub TV-yə istinadən xəbər verir ki, Gənc əsgərlər andı qəbul edərək Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına sədaqət andı içiblər.

Hərbi andiçmə tədbiri hərbi hissə komandiri, polkovnik Mehman Yusifov və Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin məruzə etməsi ilə başlayıb. General-mayor şəxsi heyəti salamladıqdan sonra hərbi hissə komandiri gənc sərhədçilərin "Hərbi and"a gətirilməsi əmrini verib. Bundan sonra gənc sərhədçilər cərgə ilə meydana gələrək Vətənə sədaqət andı içiblər.

Hərbi hissə komandiri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə elan etdikdən sonra bayram tədbirini açıq elan edib. Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin müşayiəti ilə Dövlət himni ifa olunub. Tədbirdə hərbi hissənin komandiri Mehman Yusifov, DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev və əsgər valideynləri çıxış edərək dövlət sərhədimizin mühafizəsi işində onlara uğurlar arzulayıblar.

Gənc əsgərlər Vətən uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Andiçmə mərasiminə gələn sərhədçilərin valideynləri və qohumları da öz övladlarının Vətənə sədaqətlə xidmət etmələrindən qürur hissi keçirdiklərini deyiblər.

Tədbirin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.