Xəbərlər

Haaqada Xocalı faciəsi haqqında silsilə tədbirlər davam edir
25 fevral, 2013 22:05

 

Haaqada Xocalı faciəsi haqqında silsilə tədbirlər davam edir.

Niderlandda fəaliyyət göstərən "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyindən  verilən məlumata görə, Birliyin, Hollandiya Azərbaycan Türk Mədəniyyət Mərkəzinin və Hollandiya Azərbaycan Gənclər Cəmiyyətinin, o cumlədən Azərbaycanın hollandiyalı dostu Gert Van Damın birgə hazırladıqları "Xocalı Monumenti" ətrafında keçirilən bu tədbirdə Azərbaycanın Niderlanddakı səfiri Mirhəmzə Əfəndiyev başda olmaqla səfirliyin bütün işçiləri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının isçi qrupunun rəhbəri Firudin Sadıqov, Niderland siyasətçiləri, mətbuat nümayəndələri, türk cəmiyyətləri və yerli camaat da iştirak edib.

Mərasimdə şəhidlərin ruhuna dualar oxunub və müxtəlif çıxışlar olub. Bundan əlavə, mərasim iştirakçılarına Xocalı faciəsini əks etdirən CD-lər, broşürlər də paylanıb.

Qeyd edək ki, cəmiyyətlərin birgə hazırladığı silsilə tədbirlər davam edir. Belə ki, fevralın 26-da Haaqadakı Ədalət Məhkəməsinin önündən Ermənistan səfirliyinə doğru yürüş keçiriləcək.

Yürüş zamanı yerli sakinlərə Xocalı faciəsi haqqında vərəqə və kitabçalar paylanacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.