Xəbərlər

Rusiyadakı azərbaycanlı gənclər Xocalı soyqırımı ilə bağlı tədbir keçiriblər
24 fevral, 2013 20:33

 

Rusiyanın Lipesk vilayətinin Azərbaycan Gənclər Təşkilatı 26 fevral 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı ilə bağlı tədbir keçirib.  Tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

"Xocalıya ədalət" kampaniyasının Moskva şəhəri üzrə koordinatoru Kristina Mocayeva tədbirdə çıxış edərək bildirib ki, Xocalı soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 1000-dən çox insan güllə yarası alıb və müxtəlif dərəcəli əlil olub, 1275 insan isə əsir götürülüb.

"Onlardan 150 nəfərinin talehi hələ də bəlli deyil. Öldürülənlər sırasında 106 qadın, 63 uşaq, 70 qoca var. 76 insan isə - yetkinlik yaşına çatmamış oğlanlar və qızlar əlil olublar" - deyə Mocayeva qeyd edib.

Sonra tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət" kampaniyası üçün hazınlanmış prezentasiyaya baxılıb.

Təqdimatda Xocalı soyqırımı ilə bağlı sənədli sübutlar diqqətə çatdırılıb.

"Biz elə etməliyik ki, xalqımızın həyatında bir daha bu cür faciə təkrarlanmasın" - deyən ÜAK-ın Lipesk vilayətinin dini məsələlər üzrə nümayəndəsi Hacı Vaqif Hüseynov öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

RAGT-ın Lipesk vilayəti üzrə iştirakçıları isə 366-cı motoatıcı polkun Xocalı soyqırımının törədilməsindəki, həmçinin, Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi soyqırımını əks etdirən kadrların faciə ilə bağlı dünya ictimaiyyətinin məlumatlatdırılmasında rolu haqqında məruzə ilə çıxış ediblər.

"Bu cür faciələr heç müharibələr vaxtı olmur. Amma nifrəti təbliğ etmək deyil, ədalətin bərqərar olmasına düzgün yolla çalışmalıyıq" - deyən Rusiyanın Lipesk vilayəti üzrə ÜAK-nın icraçı direktoru Fərəc Əzizov tədbir iştirakçılarına müraciət edib.

Qeyd edək ki, "Xocalıya ədalət" kampaniyası çərçivəsində Xocalı soyqırımına ədalətli siyasi və hüquqi qiymətin verilməsi üçün imza toplanıb. Hər il daha çox dövlət kampaniyaya dəstək verir.

RAGT-ın Lipesk vilayəti üzrə nümayəndəsi Qəşəng Cəfərova tədbirə Azərbaycanın xarici işlər nazirinin sözlərilə yekun vurub: "Azərbaycan beynəlxalq ictimaiyyətin maarifləndirilməsi istiqamətində aktiv iş aparır. Bu məsələ ədalətli qiymətini almayanadək, Azərbaycan bu istiqamətdəki fəaliyyətini dayandırmayacaq".

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.