Xəbərlər

Türkmənistan TƏPH qaz kəməri üzrə iclas keçirməyə hazırlaşır
24 fevral, 2013 20:26

 

Türkmənistan yaxın zamanlarda TƏPH (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) qaz kəməri üzrə texniki işçi qrupunun iclasını keçirməyə hazırlaşır. Hazırda iclasın yeri və vaxtı dəqiqləşdirilir.

Gözlənilir ki, iclasda qaz kəmərinin çəkili üzrə xüsusi şirkətin yaradılması üçün təşkilati, hüquqi və texniki məsələlər müzakirə olunacaq.

Bu məsələ Aşqabadda hökumət iclasında müzakirə edilib. Qeyd olunub ki, TƏPH-nin reallaşdırılması üçün bir sıra məsələlərin həll edilməsi qarşıda durur. İndiki halda bütün tərəflər qaz kəmərinin çəkili üçün bu cür şirkətin formalaşdırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov TƏPH layihəsinin xüsusi əhəmiyyətli olduğunu bildirib.

Onun sözlərinə görə, bu transmilli qaz kəməri iştirakçı dövlətlərə bir sıra aktual sosial və humanitar problemlərin həllinə, eyni zamanda, yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Xatırladaq ki, TƏPH layihəsinin hüquqi bazasını 2010-cu ildə Aşqabadda iştirakçı dövlətlərin imzaladıqları saziş təşkil edir. Lakin layihənin reallaşdırılmasında ciddi əngəl Əfqanıstanın qeyri-stabil olmasıdır. Amma rəsmi Kabul qaz kəmərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

TƏPH layihəsi çərçivəsində ildə 33 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub. Kəmərin uzunluğu isə 1735 kilometr olacaq. Qaz kəməri Türkmənistanın "Qalkınış" yatağından başlayaraq, Herat və Qəndəhər şəhərlərindən keçərək, Pakistanla Hindistanın sərhəddində yerləşən Fazilka şəhərilə birləşməlidir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.