Xəbərlər

Əli Həsənov: ATƏT də daxil olmaqla, Ermənistanda prezident seçkiləri ilə bağlı bəyanat verən beynəlxalq təşkilatlara ayıb olsun
23 fevral, 2013 00:37

 

ATƏT də daxil olmaqla, Ermənistanda prezident seçkilərinin beynəlxalq standartlara uyğun keçirildiyini bəyan edən beynəlxalq təşkilatlara ayıb olsun. Bunu cümə günü jurnalistlərə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

"İyirmi ildir bizi aldadırlar. Bu nə bəyanatdır veriblər? "Heç nə olmayıb, seçki gözəl keçib". Məgər bu doğrudan da belədir?" - deyə Baş nazirin müavini qeyd edib.

Həsənov Ermənistan Mərkəzi Seçki Komissiyasının ölkədə guya 2,5 milyon seçicinin olduğu barədə məlumatını xatırladıb.

"Dünya ölkələrinin hamısında səsvermə hüququ olan seçicilərin sayı ümumi əhalinin 50-54 faizini təşkil edir. Belə olan təqdirdə Ermənistanda 2,5 milyon seçici necə ola bilər? ATƏT bərli-bəzəkli bəyanatlar verməklə məşğuldur. ABŞ Dövlət Departamenti də bu bəyanatı təsdiqlədi və onun bəzəyini bir az da artırdı", - Əli Həsənov bildirib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.