Xəbərlər

Zahid Oruc: Abdullah Gül Avropa mədəniyyətinə və sivil münasibətlərə adi bir protokol jesti etmək istəyib
21 fevral, 2013 19:59

 

Abdullah Gül Avropa mədəniyyətinə və sivil münasibətlərə adi bir protokol jesti etmək istəyib. Bu barədə millət vəkili Zahid Oruc Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.

"Türkiyə dövlət başçısı Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik edəndə hansı məqsədləri güddüyünü və ona nail olmaq ehtimalını hesablamaq o qədər də çətin deyil. Lakin nəyin hesabına? Biz bu yerdə qətiyyən Qarabağın işğalı və Azərbaycanın müharibə gerçəkliyini türk prezidentin üzərinə mənəvi öhdəlik kimi qoymaq istəmirik. Ola bilsin ki, qardaş ölkənin siyasi və taktiki planları bəzən qeyri-rasional addımlar atmağı tələb edə bilər", - Oruc deyib.

Lakin, o qeyd edib ki, heç uzaq keçmişə getmədən elə seçki tamaşasını bütövlükdə izləmək yetərdi ki, bu təbrikdən geri durasan və saxta diplomatik mesajı verməyəsən.

"Bütün namizədlərin əsas platforması Ağrı dağı ideallarından, antitürk bəyanatlarından və Qarabağ platformasından ibarət olubsa, belə marafonun və seçki kriminallığının qalibini necə təbrik etmək olar? Axı sabah həmin qələbənin müəllifi Türkiyəyə ərazi iddiaları kimi verdiyi vədləri yerinə yetirməyə çalışacaq. Onda Sarkisyanı avantürist adlandırmağa əsaslar türk diplomatiyasının əlindən çıxmış olacaq", - millət vəkili vurğulayıb.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.