Xəbərlər

Azercell-in köməyi ilə biznesini qur!
21 fevral, 2013 19:52

 

Azercell Telekom" MMC və "PAŞA Bank" yeni "Ümumdünya Start-up Müsabiqəsi" layihəsinin başlandığını elan edir.

Şirkətdən verilən məlumata görə, Barama İnnovasiya Mərkəzi və İsveçrənin "Seedstars" şirkəti ilə birlikdə reallaşdırılan bu layihənin məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və innovativ ideyaları olan insanlara dəstək verməkdir.

"Ümumdünya Start-up Müsabiqəsi" ümumilikdə bu il ərzində 20 ölkədə keçiriləcək. Məhz Azercell-in dəstəyi nəticəsində ilk dəfə azərbaycanlı gənclər də yarışmada iştirak haqqını qazanmış olurlar. Proqrama qatılan iştirakçılar informasiya texnologiyaları sahəsində biznes layihələrini təqdim edəcək və onları reallaşdırmaq üçün imkanlarla tanış olacaqlar, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. "Ümumdünya Start-up Müsabiqəsi" iştirakçılara sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, biznes ideyalarını həyata keçirmək və onları beynəlxalq səviyyədə təşviq etmək şansını yaradır.

Yarışmanın ilk mərhələsində daxil olan müraciətlər Azercell, PAŞA Bank və Seedstars şirkətlərinin mütəxəssisləri, həmçinin müstəqil ekspertlər qrupu tərəfindən dəyərləndiriləcək. Proqram çərçivəsində seçilmiş komandalara biznes layihələrində biliklərin tətbiqinə dair seminarlar təşkil olunacaq. Final tədbirdə qalib gələcək layihə müəllifləri müxtəlif hədiyyələr və ən əsası, 2014-cü ilin yanvar ayında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final tədbirində öz biznes ideyalarını beynəlxalq hakimlər qarşısında təqdim etmək şansını qazanacaq. Qalib çıxan komandalar texnologiya sahəsində təklif etdikləri biznes layihələrini reallaşdırmaq üçün investisiyalar, beynəlxalq mentor dəstəyi və Avropa ölkələrində özlərini tanıtmaq imkanını qazanacaqlar.

Azercell bundan öncə də start-up layihələrin həyata keçirilməsini dəstəkləyən bir sıra proqramları reallaşdırmışdır. Barama İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən Elm və Texnologiya Sahibkarlıq Proqramının nəticəsində 4 biznes ideyasına dəstək verilmiş və həyata keçirilməsinə başlanılmışdır.
Qeyd edək ki, Azərbaycanda bu proqramın final tədbiri 29 mart 2013-cü il "ABŞ təhsilli Azərbaycan məzunları" İB konfrans zalında keçiriləcək. "Ümumdünya Startap Müsabiqəsi" haqqında məlumatı www.seedstarsworld.com internet səhifəsində əldə etmək mümkündür. Müraciət üçün www.barama.az saytına daxil olub, müraciət ərizəsini doldurmaq lazımdır. Müraciətlər elektron variantda 10 mart 2013-cü il tarixinədək qəbul olunacaq.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.