Xəbərlər

Fəzail Ağamalı: Türkiyə Ermənistana nə qədər yüksək münasibətlər göstərsə də, Ermənistan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyəcək
21 fevral, 2013 19:49

 

Azərbaycanın millət vəkili hesab edir ki, Türkiyə bundan sonra Ermənistana daha yüksək münasibətlər göstərsə də, Ermənistan nə Türkiyəyə qarşı ərazi iddialarından imtina edəcək, nə də qondarma "soyqırım" məsələsindən geri çəkiləcək. Bu barədə  millət vəkili Fəzail Ağamalı Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistan terrorçu bir dövlətdir, Türkiyəni tanımayan bir ölkədir, ona qarşı hər zaman ərazi iddialarını ortaya qoyur. "Ona görə də mənə elə gəlir ki, Türkiyə də buna adekvat reaksiya verməlidir. Çünki Türkiyənin bu addımı ilə dünyanın da Türkiyəyə qarşı münasibətində hər hansı xoşməramlı dəyişiklik olmayacaq. Türkiyə buna əmin olmalıdır", - Ağamalı deyib.

O hesab edir ki, Abdullah Gülün təbriki çox tələsik bir addım idi. "Əvvəla faktlar onu göstərir ki, Ermənistanda prezident seçkiləri saxtakarlıqla keçib, eyni zamanda, namizədlərdən birinə qarşı terror aktı törədilib. Mən belə bir terrorçu dövlət başçısının belə tələskənliklə təbrik edilməsini başa düşə bilmirəm və buna münasibətim müsbət deyil", - millət vəkili deyib.

O, bu addımın Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərə ziyan gətirməyəcəyini düşünür. "İstəməzdim ki, Ermənistan amili Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə hər hansı bir mənfilik gətirsin, çünki Sürix protokolu imzalanan zaman biz bununla bağlı narahat günlər keçirmişik. Lakin o zaman heç bir nəticə olmadı və indi də olmayacaq, çünki Ermənistanın niyyəti başqadır, o, Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib. Ona görə də mən istəməzdim ki, Türkiyə ilə münasibətlərimizdə yenidən gərgin anlar yaşansın. Bu həm Türkiyənin, həm də Azərbaycanın dövlət maraqlarına uyğun deyil", - millət vəkili qeyd edib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.