Fransız bəstəkar Xocalı soyqırımına dair musiqi bəstələyib
21 fevral, 2013 19:42
Fransız bəstəkar Pyer Tiloy (Pierre Thilloy) Xocalı faciəsinə həsr edilmiş "Xocalı 613" adlı klassik musiqi əsəri bəstələyib. Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Cəmiyyətin sifarişi ilə fransız bəstəkar Pyer Tiloy tərəfindən Xocalı faciəsinə dair bəstələnmiş "Xocalı 613" adlı klassik musoqi əsərinin ilk premyerası fevralın 21-də Parisin "Saint Roch" kilsəsində keçiriləcək. Orion orkestrinin müşayiət edəcəyi konsert proqramına dirijor Laurent Petiqirard rəhbərlik edəcək. London primyerası isə fevralın 26-da "St John's, Smith Square" kilsəsində baş tutacaq.
Müəllif Pyer Tiloy Azərbaycanda yaşamış və işləmiş, yeni musiqi əsərində Qərb klassik musiqisi ilə ənənəvi Azərbaycan musiqisini sintez etmişdir.