Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək
21 fevral, 2013 19:40
Fevralın 26-da Brüsseldə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Avropa Parlamentində Xocalı faciəsinə həsr edilmiş anım mərasimi keçiriləcək.
Cəmiyyətdən daxil olan məlumata görə, tədbirdə Avropa Parlamentinin deputatları, region üzrə ekspertlər, "beyin mərkəzləri"nin təmsilçiləri, həmçinin media nümayəndələri iştirak edəcək.
Tədbirdə Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müzakirələr aparılacaq. Avropa İttifaqının üzv dövlətləri Çexiya və Rumıniya parlamentlərində Xocalı faciəsinin bəşəriyyətə qarşı cinayət kimi tanınması barədə qəbul olunmuş qərarların əhəmiyyəti də vurğulanacaq.