Xəbərlər

"Özünədəstək" proqramına aztəminatlı ailələrdən müvafiq potensialı olanlar cəlb edilir
21 fevral, 2013 19:35

 

Ünvanlı yardım alan aztəminatlı ailələrin potensial imkanlara malik olan hissəsinin şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmalarına, beləliklə, dövlətin sosial yardımından asılılığının aradan qaldırılmasına şərait yaradılması üçün birdəfəlik ünvanlı sosial yardım - "Özünədəstək" proqramının pilot işləri aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sınaq işləri çərçivəsində artıq 13 rayon üzrə 271 ailənin cəlb olunduğu bu proqramın qanunvericilikdə təsbit olunması üçün nazirlik tərəfindən hazırlanan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanun layihəsində müvafiq maddə əksini tapıb.

Qeyd edək ki, "Özünədəstək" proqramı kənd yerlərində maldarlıq və əkinçilik, şəhər və qəsəbələrdə isə əmtəə və xidmətlər istehsalı sahəsində aztəminatlı ailələrin səmərəli məşğulluğuna aktiv formada dəstək verilməsi məqsədilə ünvanlı yardım almaq hüququna malik ailələrə həmin yardımın orta aylıq məbləğinin 12 misli məbləğində birdəfəlik pul yardımı ödənilməsini nəzərdə tutur.

Ünvanlı yardım alan ailənin əmək qabiliyyətli üzvünün, o cümlədən, mal-qara saxlamaq üçün tövləsinin, yaxud əkib-becərmək üçün torpaq sahəsinin, qəsəbə və şəhər yerlərində kiçik əmtəə və xidmətlər istehsalı üçün müəyyən potensialının, həmçinin seçilmiş fəaliyyət növündə səriştəsinin olması və s. onun qeyd olunan proqramına cəlb edilməsi üçün potensiala malik olması hesab olunur.

Aparılan araşdırmalar nəticəsində hazırda ünvanlı yardım alan ailələrin belə potensiala malik təxminən 30 faizinin "Özünədəstək" proqramına cəlb edilməsi gözlənilir. Bu yeni aktiv dəstək mexanizmi ünvanlı yardım proqramı ilə paralel fəaliyyət göstərəcək. Lakin hər ailə onlardan yalnız birindən yararlana bilər. Başqa sözlə, proqrama cəlb edilmə, yaxud ünvanlı yardımı almaqda davam etmək ailənin öz seçimindən asılıdır.

Aztəminatlı vətəndaşlar tərəfindən maraqla qarşılanan "Özünədəstək" proqramı mütərəqqi dünya təcrübəsi əsasında hazırlanıb və hazırda bir sıra ölkələrdə (Braziliya, Meksika, Rusiya, ABŞ və s.) də bu proqram tətbiq olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.