Xəbərlər

Səfirlik İranın Məşhəd şəhərində Azərbaycan Baş konsulluğunun açılacağı barədə yayılan məlumata aydınlıq gətirib
20 fevral, 2013 22:09

 

Azərbaycanın İrandakı səfirliyi İran mətbuatında səfir Cavanşir Axundovun adından Məşhəd şəhərində Azərbaycanın Baş konsulluğunun açılacağı barədə yer aldığı fikirlərin düzgün olmadığını açıqlayıb.

Səfirlikdən bildiriblər ki, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Sari şəhərində Mazandaran əyalətinin Ticarət Palatasının nümayəndələri ilə görüşündə Məşhəd şəhərində Azərbaycanın Baş konsulluğunun açılacağı barədə fikir söyləməyib.

Qeyd edək ki, İranın İSNA agentliyinin yaydığı məlumata görə, İranın Məşhəd şəhərində Azərbaycanın Baş konsulluğunun açılması nəzərdə tutulub. Bu sözləri Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Sari şəhərində Mazandaran əyalətinin Ticarət Palatasının nümayəndələri ilə görüşündə deyib.

İSNA agentliyinin yaydığı məlumata görə, Axundov deyib ki, Mazandaran əyalət başçısı Azərbaycan Baş konsulluğunun bu əyalətdə fəaliyyət göstərməsini təklif edib.

"Məşhəd şəhərində Baş konsulluğun fəaliyyəti bizim üçün proritet məsələdir, Mazandaran və Gilan əyalətlərində də Baş konsulluğun olması iki ölkə arasında əlaqələrin inkişafına kömək edəcək", - İSNA səfirə istinadən qeyd edib.

Diplomat iki ölkə arasında daha sıx iqtisadi əlaqələrin qurulması üçün bu məsələnin yaxın vaxtlarda keçiriləcək Azərbaycan-İran birgə iqtisadi komissiyasının iclasında müzakirə ediləcəyini bildirib.

Hazırda Azərbaycanın Təbrizdə Baş konsulluğu fəaliyyət göstərir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.