Xəbərlər

Azərbaycanla Bosniya və Herseqovina arasında mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib
20 fevral, 2013 22:02

 

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olub. Bu barədə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin ilk günü - fevralın 18-də Bosniya və Herseqovinanın tərkibində Serb Respublikasının prezidenti Milorad Dodik Azərbaycan nümayəndə heyətini qəbul edib. İqtisadi əlaqələrin mövcud vəziyyətinin, əməkdaşlığın inkişafı perspektivlərinin müzakirə edildiyi görüşdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Bosniya və Herseqovinanın Serb Respublikasının İqtisadi İşlər və Regional Əməkdaşlıq Nazirliyinin təşkilatçılığı ilə Bosniya və Herseqovina - Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, qida, bankçılıq, tikinti, neft, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Biznes forumda Bosniya və Herseqovinanın Serb Respublikasının prezidenti Milorad Dodik də iştirak edib. Tədbirdə çıxış edən Bosniya və Herseqovinanın Serb Respublikasının Baş naziri Aleksandar Combiç biznes forum və işgüzar görüşlərin iş adamları arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynadığını, tərəflərin geniş iqtisadi potensiala, əlverişli biznes və investisiya mühitinə malik olduğunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib. İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkəmizdə Bosniya və Herseqovina, o cümlədən Serb Respublikası ilə əməkdaşlığın inkişafına önəm verildiyini diqqətə çatdırıb, son zamanlar əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb: "Azərbaycanla Bosniya və Herseqovina arasında siyasi əlaqələr yüksək səviyyədədir, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Əməkdaşlığın inkişafında yüksək səviyyəli dövlət rəsmilərinin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir".

Qeyd edilib ki, Bakı və Sarayevo 1972-ci ildən qardaşlaşmış şəhərlərdir, Bakıda Sarayevo küçəsi var, Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyası fəaliyyət göstərir, ötən il Sarayevoda Xocalı faciəsinin qurbanlarına abidə ucaldılıb. İqtisadi və ticarət əlaqələrinin genişlənməsi, yeni əməkdaşlıq imkanlarının yaranması baxımından biznes forum, təqdimat, sərgi və digər tədbirlərin əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev 2012-ci ilin oktyabr ayında Bakıda Azərbaycan-Bosniya və Herseqovina biznes forumunun keçirildiyini, tədbirdən qısa müddət ötməsinə baxmayaraq, növbəti biznes forumun Banyaluka şəhərində təşkil olunduğunu diqqətə çatdırıb.

Biznes forumda nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib. Bildirilib ki, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısıdır.

Mustafayev, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, münaqişə ilə bağlı Azərbaycanın beynəlxalq hüquq normalarına əsaslanan ədalətli mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Sonra Azərbaycanın və Bosniya və Herseqovinanın Serb Respublikasının iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilmiş, videoçarxlar nümayiş olunub.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə başa çatıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Bosniya və Herseqovinanın Serb Respublikasının Baş nazir Aleksandar Combiç, iqtisadi işlər və regional əməkdaşlıq naziri Jelka Tsviyanoviç ilə görüşüb. Görüşlərdə Azərbaycan-Bosniya və Herseqovina, o cümlədən Serb Respublikası ilə iqtisadi əlaqələrin inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin ikinci günü - fevralın 19-da Azərbaycan nümayəndə heyəti Sarayevo şəhərində yerləşən "Dostluq parkında" olub, Xocalı faciəsinin qurbanlarına ucaldılmış abidənin önünə əkil qoyub. Azərbaycan nümayəndə heyəti Sarayevoda Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı şəkildə yenidən qurulan gözdən əlil və məhdud görmə qabiliyyətli uşaq və gənclər üçün mərkəzdə olub.

İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə keçirilmiş görüşündə ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə edilib. Görüşdə Mustafayev Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycanın mövqeyini bir daha diqqətə çatdırıb, XX əsrin ən böyük faciələrindən biri - Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir İzetbeqoviç də qəbul edib. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, əməkdaşlıq imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti ilə Bosniya və Herseqovinanın Parlament Assambleyasının sədr müavini Deniz Beçiroviç arasında keçirilmiş görüşdə isə mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.