Xəbərlər

Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olnmuş sərgi keçiriləcək
20 fevral, 2013 22:00

 

"Berlin-Bakı" rəsm qalereyasında "Xocalı soyqırımı gənc rəssamların gözü ilə" adlı rəsm sərgisi keçiriləcək.

Dünya Azərbaycanlı Gənclər Birliyindən  verilən məlumata görə, Birlik, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə Azərbaycan Rəssamlar İttifaqının gənc rəssam üzvlərinin və Azərbaycan Rəssamlıq Akademiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin müxtəlif janrlarda hazırladıqları əsərlər nümayiş olunacaq.

Sərginin keçirilməsində əsas məqsəd 21 il öncə dinc Xocalı əhalisinin ermənilər tərəfindən vəhşicəsinə soyqırıma məruz qalması faktını yerli ictimaiyyətə çatdırmaq və bu faciəyə laqeyd qalmamağa çağırmaqdır.

Sərgidə Almaniyanın müxtəlif sahələrdə fəaliyyət göstərən ictimai xadimlərinin, diplomatik korpusun nümayəndələrinin, eləcə də Almaniyada yaşayan azərbaycanlıların iştirakı gözlənilir.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.