Xəbərlər

Azərbaycanda un, süd və şəkərin tərkibi dəyişdiriləcək
20 fevral, 2013 21:57

Azərbaycanda un, süd və şəkərin tərkibi zənginləşdiriləcək. Milli Məclisin Sosial siyasət komitəsinin çərşənbə günü keçirilən iclasında bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna dəyişiklik müzakirə olunub.

Dəyişiklik qanunun "Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri" adlı 3-cü maddəsində edilib. Dəyişiklikdə qeyd olunur ki, əhalinin sağlamlığının möhkəmləndirilməsi və xəstəliklərin profilaktıkası məqsədilə yeyinti məhsullarının, xüsusilə, duz, un, süd və şəkərin mikronutriyentlərlə zənginləşdirilməsinin tətbiq edilməsi və müvafiq normativ hüquqi aktların hazırlanması təmin edilməlidir.

Komitə sədri Hadı Rəcəbli iclasda bildirib ki, artıq Azərbaycanda duzun tərkibinin zənginləşdirilməsi həyata keçirilir. Rəcəbli qeyd edib ki, bu, xarici ölkələrdə uzun müddətdir həyata keçirilir, ərzağın tərkibi zənginləşdirilir. "Misal üçün, Çində ərzaq məhsullarına bir sıra vitaminlərin əlavə edilməsi nəticəsində son illər ərzində əhalinin boyu 8 sm artıb. O mikronutriyent əlavələr nə ərzağın dadında, nə də iyində öz təsirini göstərir, lakin əhalinin sağlamlaşdırılmasına öz töhfəsini verir", - o deyib.

Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.