Xəbərlər

Azərbaycanda xalqın dövlət idarəçiliyində rolu artırılacaq
20 fevral, 2013 21:51

 

Milli Məclisin Sosial siyasət komitəsi çərşənbə günü "İctimai iştirakçılıq haqqında" qanun layihəsini müzakirəyə çıxarıb.

Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iclasda bildirib ki, ictimai iştirakçılığın maliyyələşməsi məsələsi xüsusi müzakirə olunmalıdır. Onun sözlərinə görə, qanun layihəsində ictimai iştirakçılığın dövlət büdcəsindən maliyyələşməsi nəzərdə tutulub və bunun həcmi aydınlaşdırılmalıdır.

Komitə sədrinin müavini Musa Quliyev iclasda bildirib ki, "İctimai iştirakçılıq haqqında" qanun korrupsiya ilə mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsində ictimaiyyətin mübarizəsini təmin edəcək. Onun sözlərinə görə, qanun biləvasitə vətəndaş cəmiyyətinin, QHT-lərin, dövlət strukturlarının birgə fəaliyyətinə şərait yaradacaq.

Komitə üzvü, millət vəkili Yaqub Mahmudov iclasda bildirib ki, bu qanunla xalqın dövlət idarəçiliyində rolu artırılacaq.

Qeyd edək ki, "İctimai iştirakçılıq haqqında" qanun layihəsi buna qədər parlamentin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrində müzakirə olunaraq Milli Məclisin plenar iclasına çıxarılması məqsədəuyğun hesab edilib.

4 fəsil, 20 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öryənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər.

Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əməkhaqları və başqa ödənişlər saxlanılır.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.