Xəbərlər

Şahin Seyidzadə: Gənc üçün "uğurlu lider" obrazı çox vacibdir
20 fevral, 2013 21:43

 

Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər.  Bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ölkənin bugünki fəal, intellektual və uğurlu gəncləri və onların əhatə edən proseslərə öz münasibətini bildirərkən deyib.

"Son zamanlar "gənclik" ölkədə baş verən heç bir prosesdən kənarda qalmayaraq trendə çevrilib. Mütəmadı olaraq gənclər haqqında yazılır, onların problemləri işıqlandırılır, onların iştirakı ilə bir çox tədbirlər təşkil olunur, eləcə də onların inkişafı naminə dövlət və ictimai alətlər inkişaf etdirilir. Digər təfərdən gənclər özləri də fəal olmağa və ölkənin ictimai-siyasi həyatında daha da fəal iştirak etməyə maraq göstərirlər", - o deyib.

Seyidzadə qeyd edib ki, bu gün savadlı gənclər öz uğurlu gələcəyinə təsir etmək imkanı olan əhəmiyyətli resursdur. Bu gün gənc nəticəni tez görməyi və onu tez əldə etməyi arzulayır, ona stabil və uğurlu gələcək lazımdır, o hər zaman uğurun "yanında olmaq" istəyir, lakin "uğursuzuqla" üzləşdikdə dərhal "günahkar" axtarır.

"Sözsüz ki, uğura istiqamətlənmək "uğurlu lider" obrazını tələb edir. Gənc üçün "uğurlu lider" obrazı çox vacibdir, əks halda "uğursuz" obraz onun üçün şəxsi inkişafında "uğursuz ssenari" yarada bilər. Bu yalnız işdə, biznesdə, təşkilatda yaradılmış "uğurlu obraz"lara aid deyil, eyni zamanda, uğurlu siyasi lider, xalqın liderlərinə də aid edilir - əgər şirkət və dövlətin rəhbəri idarə etdiyi şirkəti və ya ölkəni uğurlu inkişafa və stabilliyə gətirib çıxarmırsa, o zaman onunla birlikdə olanlar necə uğurlu ola bilər? Gənc yalnız uğurlu liderin yanında uğur qazana bilər!" - o deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.