Bakıda GSM texnologiyaları əsasında işləyən 21 mindən çox smart sayğac quraşdırılıb
20 fevral, 2013 21:39
"Bakıelektrikşəbəkə" ASC Bakı şəhərinin inzibati rayonları üzrə GSM texnologiyaları əsasında işləyən 21,3 minə yaxın smart sayğac quraşdırıb. Bu barədə çərşənbə günü SC-nin saytına istinadən məlumat verir.
Məlumata görə, GSM texnologiyaları əsasında işləyən sayğaclar SMS (qısa məlumat) vasitəsilə idarə edilir.
Quraşdırılan sayğacların ümumi sayından 20 669 ədəd əhali qrupundan olan istehlakçıların, qalan hissə isə digər istehlakçıların payına düşüb.
Quraşdırılan sayğacların böyük hissəsi Nəsimi və Xətai rayonlarının payına düşüb.