Xəbərlər

"FINCA Azerbaijan" kredit portfelini 175 milyon dollara çatdırmağı planlaşdırır
20 fevral, 2013 14:32

 

"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı kredit portfelini 175 milyon dollara çatdırmaq niyyətindədir. Bu barədə çərşənbə günü təşkilatın icraçı direktoru Maniş Sane mətbuat konfransında deyib.

Sane qeyd edib ki, hazırda təşkilatın kredit portfeli 153,47 milyon dollar təşkil edir.

Onun sözlərinə görə, ötən il təşkilat üçün uğurlu olub.

"Ötən il təşkilatın ümumi kredit portfeli 2011-ci illə müqayisədə 30 faiz artıb, eyni zamanda, müştərilərin sayı 14 faiz artıb", - Sane bildirib.

Sanenin sözlərinə görə, 2013-cü il fevralın 8-nə olan vəziyyətə görə, "FINCA Azerbaijan"ın müştərilərinin sayı 137 940 təşkil edib. Sane bildirib ki, cari ilin sonuna bu göstəricini 150 minə çatdırmaq planlaşdırılır.

Kiçik və orta sahibkarlara göstərilən xidmətin keyfiyyətini artırmaq üçün təşkilat ötən ilin fevral və iyul aylarında bütün kredit məhsulları üzrə faiz dərəcələrini azaltmışdı. Sanenin sözlərinə görə, faiz dərəcələrinin azaldılması üzrə planlar bu il üçün də saxlanılır.

Təşkilatın bu ilə olan planlarından danışan Sane qeyd edib ki, 2013-cü ilin sonuna iki yeni filialın açılması gözlənilir, onlardan biri Bakıda, digəri isə bölgədə yerləşəcək.

"Bundan başqa, 134 subofisdən dördünü filial şəklində formalaşdırmaq planlaşdırılır", - Sane deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.