Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişi bərpa edilib
20 fevral, 2013 14:31
Bu gün Ağsu rayonunun Yenilik kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə tədbir keçirilib.
ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, 53 abonenti olan Yenilik kəndinin qazlaşdırılması məqsədilə 10 min metr uzunluğunda müxtəlif diametrli polietilen, 2300 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 53 ədəd smart kart tipli qaz sayğacı quraşdırılıb.