Xəbərlər

Avropa İttifaqı: "Cənub qaz dəhlizi" layihəsi reallaşmağa yaxındır
20 fevral, 2013 14:27

 

Bu ili Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından vacib hesab etmək olar.  Bunu çərşənbə günü Bakıda Aİ-nin Energetika Məsələləri üzrə Baş Direktorluğunun rəhbəri Paola Abre Markes Azərbaycanla Aİ arasında energetika sahəsində anlaşma memorandumu çərçivəsində keçirilən müşavirə zamanı bildirib.

Markes öz fikrini onunla əsaslandırıb ki, 2013-cü ildə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı yekun investisiya qərarı, eləcə də Aİ-nin qaz tədarükü layihələri üzrə qərar qəbul ediləcək.

Onun sözlərinə görə, ötən il də tərəflər arasında energetika sahəsində əməkdaşlıq baxımından çox mühüm olub. Markes habelə "Trans-Anadolu" qaz kəməri layihəsi üzrə hökumətlərarası sazişin imzalanması və həmin sənədin Azərbaycanla Türkiyə arasında ratifikasiya olunmasını mühüm hadisə adlandırıb.

Markesin dediyi kimi, 2006-cı ildə tərəflər arasında enerji dialoqu üzrə mühüm irəliləyişə nail olunub. Habelə Azərbaycanla Aİ arasında əməkdaşlığın genişləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edən "Cənub qaz dəhlizi" layihəsi reallaşmağa yaxındır.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.