Xəbərlər

Azərbaycan və İran arasında su elektrik stansiyalarının birgə istifadəsi ilə bağlı müzakirələr aparılıb
20 fevral, 2013 14:25

 

İran və Azərbaycanın işçi qrupları "Xudafərin" və "Qız qalası" su bəndlərinin istifadəsi ilə bağlı texniki və hüquqi məsələləri müzakirə ediblər. Bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Ayətullahi bildirib.

Ayətullahi deyib ki, fevralın 16-18-də Təbrizdə iki ölkənin nümayəndələri arasında "Xudafərin" və "Qız qalası" su bəndlərinin necə istifadə olunacağı ilə bağlı imzalanacaq sazişin hüquqi və texniki məsələlərinin müzakirəsi çox müsbət ab-havada keçirilib.

Onun sözlərinə görə, tərəflər razılaşıb ki, yaxın aylar ərzində müzakirələri təkmilləşdirmək üçün yenidən görüşsünlər.

"Xudafərin" su bəndi İranla Azərbaycan arasında imzalanmış razılaşmaya uyğun olaraq inşa edilir. Bu su bəndinin kənarında 100 meqavat gücə malik elektrik stansiyası inşa edilir. "Qız qalası" su bəndi "Xudafərin" su bəndindən 10 km aşağıda yardımçı bənd kimi tikilir.

"İki ölkənin işçi qrupları arasında müzakirələr çox müsbət ab-havada keçirildi. Hər iki ölkənin Xarici İşlər nazirliklərinin hüquqi məsələlərlə bağlı bölməsi iclasa rəhbərlik edirdi. Sərhəd Qoşunları, Ekologiya və Energetika nazirliklərindəndə də nümayəndələr iştirak edirdilər", - İranın Energetika Nazirliyinin Sərhədyanı zonalarda yerləşən çaylar və su hövzələri idarəsinin baş direktoru Cabbar Vətənfəda Trend-in İran və Azərbaycan işçi qruplarının iclası ilə bağlı sualına cavab olaraq deyib.

Vətənfədanın sözlərinə görə, iclasda "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarının tikintisinin davamı və necə istifadəsi haqqında sazişin imzalanması, müştərək investisiyaların yatırılması və digər texniki və hüquqi məsələlər müzakirə edildi.

O, əlavə edib ki, bundan başqa, iclas çərçivəsində "Ordubad" və "Marazat" su bəndi və su elektrik stansiyalarının tikilməsi və Culfa (Azərbaycan)-Culfa (İran) körpüsünün birləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Vətənfəda növbəti iclasının vaxtının hələlik dəqiqləşmədiyini, lakin Bakıda keçiriləcəyini deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.