Bakıda ərazilərə görə avtomobillərin park edilməsi üzrə vahid tarif tətbiq olunacaq
20 fevral, 2013 14:14
Bakıda ərazilərə avtomobillərin park edilməsi üzrə vahid tarif tətbiq olunacaq. Bu barədə çərşənbə günü Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, təklif Tarif Şurasına təqdim olunub və bu istiqamətdə il ərzində real addımların atılacağı gözlənilir.
Hazırda paytaxtda 160-170 yerüstü avtomobil dayanacaqlarının tikintisi nəzərəd tutulub.
Həmin avtomobil dayanacaqalrının təxminən 80 faizi 300-1000 avtomobil üçün nəzərdə tutulub.
Onların arasında 2000 avtomobil üçün dayanacaqlar da var.