Xəbərlər

Azərbaycan ilə Tacikistan arasında mədəni sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir
19 fevral, 2013 21:51

 

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin mədəniyyət naziri Mirzaşaxrux Asrori ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin dərinləşdirilməsi, həm Bakıda, həm də Düşənbədə müntəzəm olaraq müxtəlif tədbirlərin keçirilməsinin zəruriliyi qeyd edilmişdir. 
Səfir 2013-cü ildə Xalq Artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” triosunun konsertinin, bu çərçivədə ustad dərslərinin keçirilməsinin nəzərdə tutulduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kəriminin Düşənbəyə səfərə dəvət edilməsi, iki ölkənin milli konservatoriyaları arasında əməkdaşlıq haqqında sazişin imzalanması da gündəlikdə duran məsələlərdəndir. 
Səfir, həmçinin aprel ayında Düşənbədə, Tacikistan İncəsənət Universitetində orqan musiqisi konsertinin, bu çərçivədə ustad dərslərinin keçirilməsini təklif etmişdir.
M.Asrori hər il mayın 22-nin Tacikistanda “şeş-məkam” günü kimi qeyd olunduğunu, Tacikistanda bununla əlaqədar mayın 9-dan 13-dək festival-simpoziumun keçirilməsini nəzərə alaraq Mənsum İbrahimovun iştirakı ilə muğam konsertinin bu günlərdə təşkil edilməsinin məqsədəuyğunluğunu bildirmişdir. S.Kəriminin bu günlərdə dəvət olunması, həm muğam konsertində, həm də simpoziumda iştirakının məqsədəuyğunluğu qeyd edilmişdir.
Nazir M.Asrori Bakıda keçiriləcək muğam festivalı, gənc pianoçuların yarışması, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakla bağlı dəvət aldıqlarını, bu tədbirlərdə iştirak edəcəklərini bildirmiş, ötənilki muğam yarışmasında Tacikistan təmsilçilərinin birinci və üçüncü yerləri tutmasını məmnuniyyətlə xatırlamışdır. 
Səfir dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Tacikistanda hər iki ölkə ifaçılarının iştirakı ilə S.Ayni adına Opera və Balet Teatrında səhnələşdirilməsini təklif etmişdir. 
A.Həsənov bu il Düşənbədə Azərbaycan kino həftəsinin, aşıq musiqisi konsertinin təşkil edilməsinin mümkünlüyünü də bildirmişdir. 
M.Asrori ölkəmizdə bəstəkarlıq sənətinin yüksək səviyyədə olduğunu, dünya səviyyəsində sevilən və tanınan çoxsaylı Azərbaycan bəstəkarlarının olmasını nəzərə alaraq bu sahədə kadr hazırlanması üçün respublikamıza tələbələr göndərilməsinin məqsədəuyğunluğunu qeyd etmişdir.

 

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.