Xəbərlər

FAO Bakıda əlaqələndirmə ofisinin açılışına hazırlıq işləri ilə tanış olub
19 fevral, 2013 21:43

 

Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru Mustafa Sinasir ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən  verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin yaradılması, hazırda həyata keçirilən layihələrin verdiyi səmərə və FAO ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin perspektivlərinin müzakirəsi olub.

Nazir İsmət Abasov qonağa aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib və FAO tərəfindən Azərbaycanda həyata keçirilən layihələri yüksək qiymətləndirib, bu tendensiyanın davam etdirilməsini məqsədəuyğun hesab edib.

Mustafa Sinasir FAO ilə Azərbaycan arasında gələcək əlaqələrin daha da inkişaf etdirilməsi üçün öz səylərini əsigəməyəcəyini bildirib.

Sinasir nazir İsmət Abasovun FAO-nun Avropa üzrə Regional Konfransının sədri qismində FAO-nun baş direktoru tərəfindən 15-20 iyun 2013-cü il tarixində Roma şəhərində keçiriləcək konfransa dəvət olunduğunu deyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.