Gəncədə zibil qutuları üçün xüsusi yerlər düzəldilir
19 fevral, 2013 19:45
Gəncədə iri zibil qutuları üçün xüsusi yerlər düzəldilir.
Kəpəz TV-yə istinadən xəbər verir ki, əvvəllər bu qutular avtomobil yollarında, mərkəzi küçələrdə yerləşdiyi üçün sakinlərin narazılığına səbəb olurdu. Gəncə şəhər Təmizlik İdarəsinin müdiri Elmar Əzizov bildirib ki, artıq bu problem şəhərin bir çox küçə və prospektlərində öz həllini tapıb və gələcəkdə bu proses tam həllini tapacaq.
Artıq şəhərin mərkəzi küçələrində, Atatürk, Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərində zibil qutuları üçün xüsusi yerlər düzəldilib.