Xəbərlər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında üzv təşkilatların rəhbərlərinə qarşı tələblər irəli sürülüb
19 fevral, 2013 19:33

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) müşavirə keçirilib.

AHİK-in mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı ilə əlaqədar olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında üzv və tabelikdə olan təşkilatların rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev üzv təşkilatların rəhbərlərinə onların həmkarlar ittifaqı üzvləri tərəfindən seçildiklərini, birbaşa onlara xidmət göstərməyə, sosial-iqtisadi problemlərinin həllində yardımçı olmağa, işçilərin əməyinin və sağlamlıqlarının mühafizəsinin yaxşılaşdırılması üçün bütün imkanlardan maksimum istifalə etməyə borclu olduqlarını xatırladıb.

Sədr işçilərin şikayətlərinə həssaslıqla yanaşılmasını, arzu və təkliflərinin daim nəzərə alınmasını, onların sağlamlıqlarının yaxşılaşdırılması üçün həmkarlar ittifaqlarının balansında olan sağlamlıq ocaqlarının imkanlarından səmərəli şəkildə istifadə olunmasını tələb edib.

Həmkarlar ittifaqı təşkilatlarının rəhbərlərinin işəgötürənlərlə birlikdə işçilərin problemlərinin həllinə həssassıqla yanaşmalarının vacibliyini vurğulayan AHİK sədri onlarla daim birbaşa təmasda olmağı tövsiyə edib.

Sonda Mehbalıyev müşavirə iştirakçılarına ölkə Prezidentinin konfransdakı çıxışı ilə bağlı qarşıda duran vəzifələrlə əlaqədar məsləhət və tapşırıqlarını verib.

 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.