Xəbərlər

Bakı yol polisi sürücüləri təmkinli olmağa çağırdı
19 fevral, 2013 19:29

 

Bakıda aramsız yağışa baxmayaraq, hələ ki işıqforlar işləyir. Lakin yağışın intensivliyi bəzi küçə və yolları keçilməz edib. Bu barədə  Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, Bakı-Sumqayıt yolunda, Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov, Xətai rayonlarında hərəkətin sıxlığı və uzun tıxaclar müşahidə olunur. Bundan əlavə, Azadlıq, Tbilisi, Mətbuat prospektləri, 3-cü mikrorayon, Mərkəzi Statistika dairəsi, Füzuli meydanı, İstiqlaliyyət, Səməd Vurğun, Bakıxanov, Rəşid Behbudov, 28 May küçələrində, Badamdar yolunda hərəkətin sürəti xeyli aşağı düşüb. Xüsusilə, Bəşir Səfəroğlu küçəsi, Biləcəri qəsəbəsi daxili, Mikayıl Müşfiq küçəsinin enişi və "Kempinski" hotelinin qarşısında hərəkət demək olar ki qeyri-mümkün olub.

Əsədov bildirib ki, həmin ərazilər yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb və hərəkət tənzimlənir.

Nəqliyyat vasitələrinin sürücülərinə müraciət edən Bakı yol polisinin sözçüsü onları diqqətli və təmkinli olmağa çağırıb.

"Yaxşı olar ki, sürücülər belə hava şəraitində şəxsi avtomobillərdən istifadədən mümkün qədər imtina etsinlər və ictimai nəqliyyatdan istfadəyə üstünlük versinlər. Əgər belə hava şəraitindən asılı olaraq yol kəsişmələrində işıqforlar iş prinsipini itirirsə, təmkinli olsunlar. Yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Əgər nişanlar da yoxdursa, sağdan gələn nəqliyyat vasiitəsinə üstünlük versinlər. Xüsusilə diqqət yetirsinlər, əgər yolun kəsişmə hissəsindəki qarşı yolda tıxac varsa və nəqliyyat vasitələri hərəkət etmirsə, belə yolayrıcına daxil olmasınlar. Əks halda uzunmüddətli tıxacla qarşılaşacaqlar", - Əsədov qeyd edib.

 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.