Bərdə rayonunun Ulubəyli kəndinə təbii qazın verilişi bərpa edilib
19 fevral, 2013 19:22
Bu gün Bərdə rayonunun Ulubəyli kəndinə təbii qazın bərpa olunması münasibətilə mərasim keçirilib.
ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə bildirilib ki, 394 abonenti olan Ulubəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 6735 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 380 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.