Xəbərlər

Şirvan və Gəncədə qan xəstəliklərindən əziyyət çəkənlər üçün yeni mərkəzlər fəaliyyətə başlayacaq
19 fevral, 2013 19:20

 

Bu ilin iyun-iyul aylarında qanda laxtalanma faktorlarının çatışmazlığından, o cümlədən hemofiliya xəstəliyindən əziyyət çəkən insanlar üçün Şirvan və Gəncədə regional laborator diaqnostik mərkəzlərinin fəaliyyətə başlayacağı gözlənilir.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) rəhbəri Gülnarə Hüseynova çərşənbə axşamı bildirib ki, bu mərkəzlər assosiasiyanın İsveçrənin Novo-Nordisk Hemofiliya Fondu ilə birgə icra etdiyi "Azərbaycan regionlarında vətəndaşlara xidmətin təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılacaq.

Hüseynova deyib ki, Gəncədəki mərkəzdən ətrafdakı 13, Şirvandakı mərkəzdən isə 9 rayonun xəstələri istifadə edə biləcəklər. Layihənin gedişatı ilə maraqlanmaq məqsədilə İsveçrənin Novo-Nordisk Hemofiliya Fondunun eksperti Denize İnayxen fevralın 18-dən Azərbaycanda səfərdədir. Fevralın 20-si axşam yekunlaşacaq səfər zamanı bır sıra rəsmi görüşlərin də keçirilməsi nəzərdə tutulur. Səfər çərçivəsində artıq ekspert Şirvanda mərkəzin yaradılacağı ərazi ilə tanış olub və layihənin gedişatından razılığını bildirib.

Hüseynova deyib ki, bu səfər zamanı may ayında Türkiyədən Azərbaycana bir qrup tanınmış hematoloq-həkimlərin gəlməsi və onların ölkəmizdəki həkimlər üçün təkmilləşdirmə kursları keçirməsi qərara alınıb.

Bu ilin əvvəlindən həyata keçirilən layihə 1 il 6 ay davam edəcək. Bu müddətdə Gəncə və Şirvanda regional laborator diaqnostik mərkəzləri yaradılacaq, hematoloq-həkimlər təkmilləşdiriləcək, xəstələr maarifləndiriləcək. Layihənin ümumi dəyəri 90 min avrodur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.