Xəbərlər

Ukrayna Azərbaycan Dövlət Miqrasiya Xidmətinin təcrübəsindən faydalanmaq niyyətindədir
19 fevral, 2013 19:17

 

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Ukraynanın Azərbaycandakı səfirini qəbul edib.

Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən  verilən məlumata görə, Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenkonu qəbul edib.

Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, fəaliyyəti, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, eyni zamanda, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış "ASAN xidmət" mərkəzlərində DMX əməkdaşlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Səfir Aleksandr Mişşenko yeni yaradılmış qurum olan Dövlət Miqrasiya Xidmətinin uğurları barədə məlumatı olduğunu bildirib, gələcəkdə xidmətin təcrübəsindən faydalanmağın əhəmiyyətli olacağını qeyd edib.

Göruş zamanı Azərbaycan ilə Ukraynanın aidiyyəti qurumu arasında əlaqələrin yaradılmasının zəruriliyindən danışılıb, həmçinin ölkə ərazisində yaşayan və vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyəti təsdiq edən sənədlər, sənədlərinin etibarlılıq müddəti bitmiş əcnəbilərə verilən qayıdış şəhadətnamələri, qanunsuz miqrasiyanın qarşısını almaq üçün bəzi ölkələrin miqrasiya orqanlarında fəaliyyət göstərən xüsusi istintaq-təhqiqat idarələrinin funksiyaları və sərhəd-buraxılış məntəqələrində miqrasiya orqanlarının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.