Xəbərlər

Astarada “Kids Athletics Azerbaijan“ layihəsi çərçivəsində atletlər üçün seminar keçirilmişdir
18 fevral, 2013 23:39

 

Fevralın 18-də Astara Olimpiya İdman Kompleksində “Kids Athletics Azerbaijan“ layihəsi çərçivəsində atletlər üçün seminar keçirilmişdir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Atletika Federasiyası və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə keçirilən tədbirin məqsədi ölkəmizdə idmanın atletika növünün kütləviliyinin artırılması və inkişaf etdirilməsi, idmanın bu növünə maraq göstərən gəncləri aşkar etmək, yeniyetmə və gənclərin sağlam həyat tərzini təmin etməkdir.
Son illərdə astaralı atletlərin qazandıqları uğurlar nəzərə alınaraq rayonda idmanın bu növünün yüksək inkişafını daha da sürətləndirmək, məşqçi-müəllimlərin təcrübələrini daha da artırmaq və onlara yeni bilikləri aşılamaq məqsədi ilə regionlarda ilk təlim məşğələsi Astarada keçirilir.
Məşğələlər Beynəlxalq Atletika Federasiyasının “Kids Athletics “ proqramı üzrə I dərəcəli mühazirəçiləri və Azərbaycan Atletika Federasiyasının məşqçi-müəllimləri Ceyhun Hüseynov, Aqil Paşayev və köməkçi lektor Fikrət Qafarov tərəfindən keçirilmişdir.
Qeyd olunmuşdur ki, Beynəlxalq Atletika Federasiyası tərəfindən həyata keçirilən “Uşaq atletikası” layihəsi dünyanın 150-dən çox ölkəsində geniş yayılmışdır. Bu ölkələrin 30-da layihə ümumtəhsil sistemində mühüm yer tutur.
Layihə Azərbaycan Atletika Federasiyası və Milli Olimpiya Komitəsi tərəfindən bölgələrdə idmanın bu növünün inkişaf etdirilməsi məqsədi ilə həyata keçirilir.
Bir gün davam edən seminarda həm nəzəri, həm də praktiki məşğələlər daxil olmaqla, orta ümumtəhsil məktəblərindən olan 20 nəfər fəal fiziki tərbiyə müəllimi, məşqçi-müəllim iştirak etmişdir. 
Seminarın proqramının praktiki hissəsində 36 nəfər (6 nəfərlik 6 komanda) 5-6-cı sinif şagirdlərinin iştirakı ilə maraqlı uşaq atletikası yarışı keçirilmişdir.
Tədbirin sonunda məşğələlərdə iştirak edən fiziki tərbiyə müəllimlərinə sertifikatlar, idmançı şagirdlərə isə diplomlar təqdim edilmişdir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.