Xəbərlər

Heydər Əliyev Mərkəzi Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirir
18 fevral, 2013 22:52

 

Heydər Əliyev Mərkəzi Azərbaycan tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə daha geniş yayılması istiqamətində bir sıra tədbirlərə başlayıb.
Mərkəzdən verilən məlumata görə, bu məqsədlə ilk olaraq Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə faciə qurbanlarının xatirəsinə həsr olunan bukletlər nəşr edilib. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə yayılacaq "Xocalı soyqırımı" adlı bu nəşrdə ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi insanlıq əleyhinə cinayət-soyqırımı, eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə faktlar öz əksini tapıb.
Bununla yanaşı, Xocalı soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdəki 15-dək diplomatik nümayəndəliyində foto sərgilərin təşkili nəzərdə tutulur. Bu sərgilərdə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı törədilmiş soyqırımını əks etdirən fotolar, bu barədə dünya mətbuatında yayımlanmış materiallar təqdim edilir.
Mərkəzin təşəbbüsü ilə ölkədən kənarda təşkil olunan sərgi və dəyirmi masalarda Ermənistan silahlı qüvvələrinin Xocalıda uşaq, qadın və qocaları işgəncələrlə qətlə yetirməsinə dair fotolarla yanaşı, faciəyə həsr olunan film də nümayiş etdiriləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.