Xəbərlər

Bakıda "Azərbaycan ailəsi V film festivalı başlayıb
18 fevral, 2013 22:49

 

Bazar ertəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) "Azərbaycan ailəsi" beşinci film festivalının açılış mərasimi keçirilib.
 
Festival Heydər Əliyev Fondu, AQUPDK və BMT-nin Əhalin Fondunun birgə layihəsidir.
 
Müsabiqənin məqsədi ictimaiyyətin diqqət və səylərini ailənin cəmiyyətdəki statusunu qaldırmağa yönəltmək, ailənin tərbiyəvi funksiyasının gücləndirilməsinə əlverişli şərait yaratmaq, ailə dəyərlərinə marağı artırmaq, gənc ailələrdə yüksək mənəvi dəyərlərin aşılanması və ölkədə maarifləndirmə işlərinin aparılmasıdır.
 
Təqdim edilən filmlərin mövzusu müsabiqənin ideya və məqsədinə uyğun olmaqla yanaşı, bədii, sənədli, animasiya filmləri, televiziya proqramları və sosial çarxlar şəklində qəbul edilir.
 
Festival "Ən yaxşı film", "Ən yaxşı televiziya proqramı", "Ən yaxşı sosial çarx", "Ən yaxşı xarici film" nominasiyaları üzrə keçirilir.
 
İşlər doldurulmuş anketlə birlikdə aprelin 22-dək təşkilat komitəsinə təqdim edilməlidir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.