Xəbərlər

Almaniyada Qarabağ haqqında hekayələr kitabının təqdimatı olacaq
18 fevral, 2013 22:42

 

Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar fevralın 25-də Almaniyanın paytaxtı Berlində Kete Kollvitsa muzeyində "Qarabağ - itirilmiş vətən haqqında hekayələr" adlı ədəbi gecə keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Avropa Azərbaycanlıları Konqresi və komitənin dəstəyi ilə baş tutacaq gecədə yazıçı-publisist Günel Anarqızının alman dilinə tərcümə olunmuş "Qarabağ hekayələri" kitabının təqdimatı planlaşdırılıb. Kitabda Günelin bu doğma, eyni zamanda, uzaq diyarla bağlı acılı-şirinli xatirələri toplanıb.
Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Potsdam Universitetinin professoru Vilfrid Furmanın iştirakı nəzərdə tutulub.
Gecədə alman dramaturq Ronald Qranz kitabdan seçilmiş hekayələr oxuyacaq. Sonda "Qarabağ hekayələri"nin azərbaycanca audio formatının yazılmasında iştirak etmiş Nərgiz Cəlilova və Emin Musəvi ilə müzakirələr təşkil olunacaq.
Qeyd edək ki, "Qarabağ hekayələri" Azərbaycanda iki dildə (Azərbaycan və rus) audio-kitab kimi də hazırlanıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.