Elmar Məmmədyarov Qazaxıstanın fəaliyyət müddəti başa çatan səfiri ilə görüşüb
18 fevral, 2013 22:34
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetovu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Məmmədyarov Qazaxıstan səfirinin fəaliyyətini və Azərbaycan-Qazaxıstan münasibətlərinin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir səfir Serik Primbetova gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki ökə arasındakı siyasi dialoqun yüksək səviyyədə olmasından və iqtisadi-ticari əlaqələrin inkişafından məmnunluq ifadə edilib.
Səfir ölkəmizdən xoş təəssüratlarla ayrıldığını qeyd edib və ölkəsinin Azərbaycanla münasibətlərin genişlənməsində maraqlı olduğunu vurğulayıb.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı