Xəbərlər

Gəncədə dayanacaqlar müasirləri ilə əvəzlənir.
18 fevral, 2013 22:18

 

Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncənin nəqliyyat sistemində dəyişikliklər davam edir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə 1 saylı Nəqliyyat Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, əhalinin rahatlığını təmin etmək məqsədilə ənənəvi dayanacaqlar dəyişdirilərək müasirləri ilə əvəzlənir. İntellektual idarəetmə sistemi ilə təchiz edilən 30-dan artıq dayanacaq şəhərin müxtəlif küçələrində quraşdırılıb.
"Şəhərimizdə dayanacaqların yenilənməsi məqsədilə müasir tipli 38 ədəd dayanacaq gətirilib. Bu dayanacaqlar Gəncənin Heydər Əliyev, Şah İsmayıl Xətai prospektlərində, Xan Bağı ətrafında, Mərkəzi Poçtun yanında, Dram Teatrının qarşısında quraşdırılıb", - Gəncə 1 saylı Nəqliyyat MMC-nin aparıcı məsləhətçisi İsa Quliyev deyib.
Müasir dayanacaqlara xüsusi monitorlar quraşdırılıb. Optik kabellərlə nəqliyyatın intellektual idarəetmə sisteminə birləşən bu tablolarda avtobusların hərəkət qrafiki, interval fərqləri, hərəkət sxemləri, yaxınlıqdakı digər dayanacaqlar, keçidlər və s. öz əksini tapacaq.
Yeni dayanacaqlar şəbəkəsi mərkəzləşdirilmiş informasiya bloku əsasında fəaliyyət göstərəcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.