Xəbərlər

Azərbaycan ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsini öyrənir
18 fevral, 2013 22:10

 

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasına səfər edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səfərdə məqsəd sosial yardım və müavinətlər, eləcə də sosial xidmət sisteminin təkmilləşdirilməsi işlərində qabaqcıl beynəlxalq təcrübənin, ayrı-ayrı ölkələrin müvafiq praktikasının öyrənilməsidir.
Fevralın 18-dən 25-dək davam edəcək səfər zamanı nümayəndə heyətimiz Türkiyənin Ailə və Sosial Siyasət Nazirliyində görüşlər keçirəcək, qardaş ölkənin sosial yardım və müavinətlər sistemi, onun elektron məlumat idarəetmə sistemi ilə yaxından tanış olacaq.
Eyni zamanda, ahıllara sosial xidmət, sosial təhlükəli vəziyyətdə olan uşaqların baxımsızlığının profilaktikası, onların, həmçinin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial reabilitasiyası, ahıllar və əlilliyi olan şəxslərə sosial xidmət sahəsində Türkiyə təcrübəsi öyrəniləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.