Bir ayda ölkənin sənaye sahələrində 3 milyard manatlıq məhsul istehsal olunmuşdur
17 fevral, 2013 21:58
Yanvar ayında ölkənin sənaye sahələrində 3 milyard manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmiş, qeyri-neft sektorunda 2,3 faiz artım, neft sektorunda 0,4 faiz azalma müşahidə olunmuşdur.
İstehsalın 75,9 faizi mədənçıxarma, 17,5 faizi emal, 6,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilmişdir ki, ay ərzində 3,8 milyon ton neft, 1,5 milyard kub-metr əmtəəlik təbii qaz hasil edilmişdir.
Qeyri-neft bölməsinin məhsullarından qida, toxuculuq, poliqrafiya, kimya, rezin və plastmas məhsullarının, dəri və dəri məmulatlarının, ayaqqabıların, tikinti materiallarının, metallurgiya, elektrik avadanlıqlarının, avtomobil və qoşqularının, mebel və digər məhsulların istehsalında istifadəsində artım əldə edilmişdir.