Xəbərlər

Suriya hakimiyyətilə müxalifət arasında danışıqlar BMT-də başlaya bilər
17 fevral, 2013 21:15

 

Suriya hakimiyyətilə müxalifət arasında danışıqlar BMT-də başlaya bilər. İTAR-TASS-a istinadən yaydığı xəbərdə deyilir ki, bunu BMT-nin və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi bildirib.
"BMT-də Suriya hakimiyyətilə müxalifət arasında danışıqları başlatmaq olar və bu, dialoq və böhranın nizamlanması üçün başlanğıc ola bilər" - Qahirədə Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbilə görüşdən sonra Laxdar Brahimi söyləyib.
Onun sözlərinə görə, Suriya müxalifətinin Milli Koalisiya və İnqilab Qüvvələrinin rəhbəri şeyx Əhməd Muaz əl-Xatıbın irəli sürdüyü təşəbbüs dəstəklənməlidir. "Bu, bir imkandır, dünya ictimaiyyəti də onun müvəffəqiyyəti üçün birgə fəaliyyət göstərməlidir" - deyə Brahimi əlavə edib.
Əlcəzairli diplomat, həmçinin, bildirib ki, Dəməşq artıq münaqişənin sülh yolu ilə həlli üçün dialoqa hazır olduğunu deyib.
"Biz hesab edirik ki, əgər müxalifətlə hakimiyyət nümayəndələri arasında BMT-də dialoq baş tutsa, qaranlıq tüneldən çıxa biləcəyik" - deyən Brahimi belə bir dialoqun qurulması üçün məkan adı çəkməyib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.