Xəbərlər

Portuqaliyada sərt iqtisadi tədbirlərə qarşı nümayişlər keçirilib
17 fevral, 2013 20:52

 

Portuqaliyada sərt iqtisadi tədbirlərə qarşı nümayişlər keçirilib.Xarici KİV-lərə istinadən xəbər verir ki, Lissabon şəhərində keçirilən nümayişlərdə bir neçə min insan iştirak edib.
Məlumatda bildirilir ki, insanlar sosial təminat, səhiyyə və təhsil sahələrinə ayrılan vəsaitin azaldılması hesabına büdcənin balanlaşdırılmasına hesablanmış tədbirlərə etirazlarını bildiriblər. Nümayişlərdə pensiyaların maliyyələşdirilməsinin azaldılması ilə təqaüdlərinin həcmində azalmalar müşahidə edilən və bir sıra dərmanların alınmasından məhrum edilən yaşlı təqaüdçülər aktiv olublar.
Xarici KİV-lər, həmçinin, yazır ki, ölkə paytaxtındakı mitinq sakit keçib, polis tərəfindən saxlanılan və yaralanan olmayıb.
Xatırladaq ki, bu ilin yanvar ayında Beynəlxalq Valyuta Fondunun dərc etdiyi məruzədə bildirilirdi ki, Portuqaliya iqtisadi böhranın nəticələrini aradan qaldırmaq üçün 20 faiz dövlət qulluqçusunu işdən azad etməli, təqaüdləri isə 10 faiz, həmçinin, təhsil və səhiyyə sektoruna ayrılan vəsaiti azaltmalıdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.