Xəbərlər

Şərq ulduz falı
16 fevral, 2013 23:35

 

Ay təqvimi ilə yenicə qədəm qoymuş Yeni ilin ilk günlərində OĞLAQLARI onların fəaliyyətini bir neçə ay irəlicədən müəyyənləşdirəcək hadisələr gözləyir. Ola bilsin, ilk baxışda cəlbedici olan bəzi təkliflər eşidəcəksiniz. Qərar qəbul etməyə tələsməyin, heç kəsə də vəd verməyin, çünki sözünüzü tutmaq çox çətin olacaqdır. 
DOLÇALARIN istədikləri nəticəni əldə etmək üçün heç bir eksperimentə ehtiyacları yoxdur. İndiki vəziyyətdə sınanılmış yollarla hərəkət etmək daha ağlabatandır. Bu məsləhəti qulaqardına vurmayın, çünki sizin hər dəfə “yeni təkər icad etməyə” çalışmağınızın axırı yaxşı olmur. Bu dəfə tərəfdaşları özünüzdən incik sala bilərsiniz. Nəticədə birgə layihələrin icrasında problemlər yarana bilər. 
BALIQLAR bu günlər davranışlarına diqqət yetirməlidirlər. Mənfi emosiyaların coşub sizi üstələməsinə imkan verməyin, yoxsa hərəkətləriniz cızığından çıxa bilər. Sonradan başınıza döyməyin isə mənası yoxdur. İdeyalarınızı başqaları ilə bölüşsəniz, yaxşı nəticələr əldə edə bilərsiniz. Təşəbbüsləriniz hazırda çox aktualdır. 
QOÇLAR qopmaq üzrə olan tufandan canlarını qurtarmaq üçün lal-dinməz olmalı, nəzakətli davranmalıdırlar. Son vaxtlar rəhbərlik sizdən yaman narazılıq edir. Onun fikrincə, işinizə laqeyd yanaşırsınız. Bu həftə sizə bunun əksini isbat etmək, dəyərli işçi olduğunuzu göstərmək, rəhbərliyin gözünə girmək fürsəti verilir. 
BUĞALAR Ay təqvimi ilə yeni ilin ilk günlərində onlardan tələb olunan işləri başa çatdırmalıdırlar. Yoxsa həllini tapmamış bu problemlər irəli getməyinizə imkan verməyəcəkdir. Bu xəbərdarlıq həm işinizə, həm də həyatınızın başqa sahələrinə aiddir. Qohumlarınızla aranızda mübahisə yarana bilər. Münasibətlərinizi tamamilə korlamaq istəmirsinizsə, narazılıqları dərhal aradan qaldırmalısınız. 
ƏKİZLƏR nüfuzları uğrunda mübarizə aparmalıdırlar. Bəlkə də çətinliklərdən qorxmadığınızı bir daha sübuta yetirməli olacaqsınız. Münaqişəyə cəlb oluna bilərsiniz. Belə vəziyyətlərdən mümkün qədər uzaq qaçmalısınız. Yaxşı olar, bu günlər işgüzar tərəfdaşlarla da az görüşəsiniz, çünki boş məsələ üstündə dəyərli bir layihəni məhv edə bilərsiniz. 
XƏRÇƏNGLƏRİN bu həftə işdə kölgəyə çəkilmələri məsləhətdir. İşgüzar münasibətlərinizdə çətinliklər yarana bilər. Kiçik uğurlara nail olmaq üçün isə gərgin işləməli olacaqsınız. Lakin vaxtınızı səmərəsiz keçirmək də məsləhət deyildir. Yaxşı olar, məişət problemləri ilə məşğul olasınız. Bu, xüsusən, evinizdə təmir işləri getdiyi bir vaxtda çox əhəmiyyətlidir. 
ŞİRLƏR böyük imkanlar və nailiyyətlər dövrünə qədəm qoyurlar. İşdə hər şey ürəyinizcə olacaqdır. Rəhbərlik təşəbbüslərinizi bəyənəcəkdir. Köhnə və ümidverici layihələriniz yenidən aktuallıq qazanacaqdır. 
QIZLAR dostların və qohumların dəstəyi ilə çoxdan arzuladıqları yeni işə başlaya bilərlər. Kifayət qədər qısa vaxtdan sonra bu iş sizə yaxşı qazanc gətirəcəkdir. Buna baxmayaraq, bədxərclik etmək lazım deyildir. Vacib nə isə almaq istəyirsinizsə mütləq yaxınlarınızla məsləhətləşin. 
TƏRƏZİLƏR İlan ilində böyük uğur qazanacaqlar. Özünüzü təlaşı və tələskənliyi sevməyən müdrik ilan kimi aparmalısınız. Bu günlər hər bir iş sizdən maksimum diqqət tələb edəcəkdir. Çaşıb səhvə yol vermək yolverilməzdir. Əks halda ətalət girdabına düşüb, zaman ölçüsünü itirəcəksiniz. 
ƏQRƏBLƏRİ çox səmərəli bir həftə gözləyir. Bir çox ideyalarınız real cizgilər əldə edəcəkdir. Yaxın günlərdə yaradı təşəbbüsləriniz həyata keçəcəkdir. Amma uğur qazanmaq üçün planlarınızı hələlik gizli saxlamalısınız. Adi bir sözlə sevdiyiniz insanın ürəyinə məlhəm qoyub onun gözündə qat-qat ucala bilərsiniz. 
OXATANLAR həftənin əvvəlində diqqətlərini ən vacib məsələ ətrafında cəmləməlidirlər. Hələlik yalnız qısa müddətdə başa çatdıra biləcəyiniz işlərlə məşğul olmalısınız. İstirahət günləri bazar-dükana gedib genişə-boluna pul xərcləyə bilərsiniz. Necə deyərlər, varlığa nə darlıq. Eviniz üçün aldığınız əşyalar ovqatınızı yüksəldəcəkdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.