Ukraynada Azərbaycan yazıçısı Əmir Pəhləvanın “Ağılsız xoşbəxtlər” kitabı nəşr edilmişdir
16 fevral, 2013 22:49
Droqobıç şəhərindəki (Ukraynanın Lvov vilayəti) “KOLO” nəşriyyatında tanınmış Azərbaycan yazıçısı, şair, dramaturq və rejissor Əmir Pəhləvanın “Ağılsız xoşbəxtlər” kitabı (rus dilində) çap edilmişdir. Bütün postsovet məkanının yaradıcı ziyalılarına həsr olunmuş bu kitabda yazıçının yumoristik novellaları toplanmışdır.
5 min nüsxə tirajla çap edilmiş ədəbi-bədii nəşr Ukraynadakı Azərbaycan diasporunun fəal üzvü, işləri uğurla gedən sahibkar həmyerlimiz Elşad Sadıqovun sponsor dəstəyi sayəsində ərsəyə gəlmişdir.