Xəbərlər

Bidzina İvanişvili "Gürcü arzusu" partiyasının fəxri sədri seçilib
16 fevral, 2013 20:54

 

Gürcüstanın Baş naziri Bidzina İvanişvili "Gürcü arzusu" partiyasının fəxri sədri seçilib. Partiyanın qurultayında çıxış edən İvanişvili bildirib ki, əgər hazırki Konstitutsiyadakı çatışmazlıqlar olmasa idi, o, partiyanın sədri seçilə bilərdi.
"Bu Konstitutsiya mənə Fransa vətəndaşı kimi Baş nazir olmaq hüququ verir, amma Gürcüstan vətəndaşlığı vermir. Ona görə də mən bu gün partiyanın yalnız fəxri sədri seçilə bildim", o öz çıxışında bildirib.
İvanişvili ölkədə qanunçuluqun bərqərar olmasına çağırıb. O, qisasçılığa yol verməyəcəyini bildirsə də, adamlara qarşı zorakılıqda günahkar olanların hamısının qanun qarşısında cavab verəcəklərini vəd edib.
O bəyan edib ki, indi Konstitutsiya demokratik normalara uyğun vəziyyətə gətiriləcək və prezident lazımsız hüquqlardan, eləcə də diktatorun əsas hüququndan, yəni parlamenti və hökuməti buraxmaq hüququndan məhrum ediləcək.
O habelə qeyd edib ki, artıq Rusiya ilə münasibətlərin yoluna qoyulması gedir və bu yolda ilk addımlar atılıb. Baş nazir abxazların və osetinlərin Gürcüstana qayıtmalı olduqlarını və ölkədəki bütün xalqların birliyinin təmin olunması üşün şəraitin yaradılmalı olduğunu bildirib.
İvanişvili hökumətin gördüyü işlər barədə qısa hesabat verib. O, ölkənin inkişafı üşün 24 saat çalışdığını bildirib. "Gürcüstanda həqiqi inkişaf başlayacaq və Gürcüstan ayaq üstə duracaq", İvanişvili deyib və bütün verilən vədlərin 4 illik hakimiyyət dövründə yerinə yetiriləcəyinə söz verib.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.