Xəbərlər

Azərbaycan Ağsaqqallar Şurası İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyib
16 fevral, 2013 20:34

 

Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyini dəstkləyib. Qurultay iştirakçıları bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
 
Müraciətdə qeyd olunur ki, Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə, bölgənin lider dövlətidir. Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır.
 
"Belə bir şəraitdə Azərbaycana Sizin kimi zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı prinsipal və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir. Ona görə də biz ağsaqqallar ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən ölkə prezidentliyinə namizədliyinizin irəli sürülməsini alqışlayırıq", - müraciətdə qeyd olunur.
 
Bildirilir ki, Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinmizi dəstəkləyir.
 
"Əmin ola bilərsiniz ki seçki kampaniyasında fəal iştirak edərək, apardığınız siyasətin əhali arasında təbliğ olunması işinə maksimum töhfə verməyə çalışacağıq", - müraciətdə qeyd olunur.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.