Xəbərlər

Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətləri qarşısında yeni tələblər
16 fevral, 2013 20:12

 

Azərbaycanın dövlət qurumlarının mətbuat xidmətləri ildə iki dəfə vəzifələrinin icrası ilə bağlı Ombudsmana hesabat verilməsi təklif olunub. Bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova informasiya sahibi olan dövlət qurumlarının mətbuat xidmətləri rəhbərləri ilə keçirdiyi müzakirələr zamanı təklif edib.
 
Ombudsman Aparatının mətbuat xidmətinin yaydığı məlumata görə, Süleymanova tədbirdə bir sıra səmərəli təkliflər səsləndirib.
 
İldə iki dəfə keçirilən monitorinqin nəticəsi kimi, informasiya sahibi olan dövlət qurumlarının sözügedən qanunda nəzərdə tutulmuş vəzifələrin icrası üzrə vahid formada arayışlarının Müvəkkilin ünvanına göndərilməsi, təhlil edilərək ümumiləşdirilməsi və Ombudsmanın internet səhifəsində yerləşdirilməsi, "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi bu təkliflər sırasındadır.
 
Eyni zamanda informasiya sahibləri olan dövlət qurumlarının müvafiq struktur bölmələri əməkdaşları tərəfindən adı çəkilən qanunun dərindən öyrənilməsi və tətbiqi, informasiya sorğularının təmin edilməsi üçün icra mexanizmlərinin təkmilləşdirilməsi, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi, elektron məlumat toplusunun (reyestrin) yaradılması, mətbuat xidmətlərinin əməkdaşları, KİV nümayəndələri və ümumən əhali üçün paytaxt və regionlarda geniş hüquqi maarifləndirmə, təbliğat işi aparılması, bölgələrdə əhalinin məlumatlandırılması üçün "Açıq qapı" tədbirləri praktikasının genişləndirilməsi, əməkdaşlığın əlaqəli, canlı şəbəkə şəklində qurulması, KİV nümayəndələrinin peşəkarlığının yüksəldilməsi, onların müasir informasiya-kommunikasiya texnologiyalarına yiyələnməsinə diqqətin artırılması və s. təkliflər bu qəbildəndir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.