Serbiyanın milli bayramı şərəfinə
15 fevral, 2013 22:02
Fevralın 15-də Serbiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Dövlətçilik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
Evvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulamışdır.