Xəbərlər

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
15 fevral, 2013 21:14

 

Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla Türkiyənin Azərbaycandakı səfirliyinin əmək və sosial müdafiə məsələləri üzrə yeni təyin olunmuş müşaviri Namık Ata arasında tanışlıq görüşü keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  görə, Ələkbərov ölkəmizdə sosial-iqtisadi inkişaf, o cümlədən sosial rifah halının yüksəldilməsi istiqamətində möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət və onun uğurlu nəticələri, həyata keçirilən sosial proqramlar, aktiv sosial müdafiə tədbirləri haqqında məlumat verib. Görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın daim inkişaf etdiyi vurğulanıb.
Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Namık Ata Azərbaycanla Türkiyə arasında bütün istiqamətlər üzrə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib, bu əməkdaşlığın daha da inkişaf etməsi üçün öz fəaliyyəti dövründə bütün səyləri göstərəcəyini vurğulayıb.
Görüşdə iki ölkənin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının gücləndirilməsi sahəsində görülən işlərdən bəhs olunaraq, gələcək əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş zamanı aprel ayında Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Əmək Nazirlərinin II Konfransı barədə fikir mübadiləsi aparılıb. Türkiyəli müşavir bu konfransda türkiyəli nazir Faruk Çelikin böyük məmnuniyyətlə iştirak edəcəyini bildirib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.