Xəbərlər

İtaliya Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır
15 fevral, 2013 20:58

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliya xarici işlər nazirinin müavini xanım Marta Dassunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətini salamlayan Məmmədyarov Azərbaycan-İtaliya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğunu bildirib. Nazir, həmçinin ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından yüksək səviyyəli səfərlərin əhəmiyyətini vurğulayıb.
 
Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən xarici işlər naziri regionda davamlı sülh və sabitliyin təmin olunması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının vacibliyini bildirib və Minsk Qrupunun vasitəçilik səylərinin artırılmasının əhəmiyyətini qeyd edib.
Marta Dassu ölkəmizə səfərindən razılığını bildirib və iki ölkə arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu diqqətə çatdırıb. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu vurğulayıb və Azərbaycanın Avropanın enerji təchizatından mühüm rolunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.